Ölkəmizdə qızıl BAHALAŞACAQ? – MÜHÜM AÇIQLAMA

Ölkəmizdə qızıl BAHALAŞACAQ? – MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Ölkəmizdə qızıl BAHALAŞACAQ? – MÜHÜM AÇIQLAMA

182724

Dünya birjalarında qızılın qiymətində artım müşahidə olunur.

Bizim.Media "Bloomberg" nəşrinə istinadən xəbər verir ki, bu ay qızılın bir unsiyasının dəyəri 2195 dollara qədər yüksəlib. Bu da bəzi ölkələrin yığım vasitəsi kimi qızıla daha çox önəm verməsindən qaynaqlanır. 
 

MÖVZU İLƏ BAĞLI:

Ötən il Azərbaycanda qızıl və gümüş istehsalı AZALIB


Məsələn, Çinin rekord alışları qızılın qiymət artımına səbəb olub. Digər tərəfdən, dollar indeksi noyabr ayından bəri təxminən 4% itirərək qızılı daha əlverişli edir. FED-in faiz dərəcələri ilə bağlı bazar gözləntiləri də ilin ikinci yarısında qızılın qazancını dəstəkləməlidir.

Dünya birjalarında baş verən təlatümlər təbii ki, Azərbaycana da təsirsiz ötüşmür. Yayılan xəbərlərə görə bəzi qızıl satışı məntəqələrində satıcıların bir çoxu köhnə qiymətə aldıqları qızılı vitrindən yığışdırır. Buna səbəb kimi isə satıcıların qiymət artımından yararlanmaq istəyi göstərilir. 

Bəs, ölkəmizdə qızıl bahalaşa bilərmi?

Məsləyə iqtisadçı ekspert Fuad İbrahimovun münasibətini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, pandemiya və post pandemiya dövründə bəzi dövlətlərin öz ehtiyatlarını diversifikasiya nöqteyi-nəzərdən  qızıla çevirməsi  qızıla olan tələbatı artırdı:

“Məsələn təkcə Çin yox, bir sıra ölkələr və hətta Türkiyə son illərdə öz ehtiyatlarını dollardan qızıla çevirdi. Bu gün qızılı alternativsiz və diversifikasiya edilmiş mənbə kimi görən ölkələr çoxdur. Ona görə də dünya bazarında qızıla olan tələbatın artması qiymətlərə də öz təsirini göstərir. Amma unutmaq lazım deyil ki, qiymətlər birjalarda müəyyən olunur. Bu da o deməkdir ki, bütün proqnozlara rəğmən qiymətlər hər zaman enə də bilər. Yəni birjalarda qiymətin enmə trendi yarana bilər. Ona görə də heç bir təşvişə əsas yoxdur”. 

Ekspert gəzən söz-söhbətlərə də münasibət bildirdi:

“Söhbət gəzir ki, guya bəzi mağazalarda piştaxtalardan qızıl yığılıb. Bu əsası olmayan söhbətdir. Məsələn, mən “Şərq bazarı”nda apardığım müşahidələr zamanı qeyri-adi heç nə ilə rastlaşmadım. Bazar gündəlik həyatını yaşayır.  Bugünkü birja qiymətlərini, xam mal və emal qiymətlərinin hesablanması ilə qızıl ticarət olunur. Yəni hansısa təşvişə əsas yoxdur. Qızıl satışında da qıtlıq nəzərə çarpmır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO