Bu məhsullar yaxın vaxtlarda bahalaşacaq – VİDEO  

Bu məhsullar yaxın vaxtlarda bahalaşacaq – VİDEO  

Hazırda oxunan: Bu məhsullar yaxın vaxtlarda bahalaşacaq – VİDEO  

182500

Dünya bazarındakı qeyri-müəyyənlik, yerli istehsalın lazımı səviyyədə olmaması məhsullarının qiymətini artırır. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, fevralda istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,6%, ötən ilin eyni dövrünə nisbətən isə 1,3% yüksəlib. 

İnflyasiya göstəricisi qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,2%, qeyri-qida məhsulları üzrə 1,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 2,7% artıb. 

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, iqtisadçı ekspert Elşad Məmmədov deyir ki, qiymət artımı növbəti aylarda da özünü göstərəcək .

Onun sözlərinə görə, bahalaşmaya səbəb yerli istehsalın lazımı səviyyədə daxili bazarı təmin etməməsidir. Əgər belə davam edərsə dünya bazarında mövcud olan vəziyyətin ölkə iqtisadiyyatına təsirinin fəsadlarını ciddi şəkildə hiss edəcəyik. 

Bir sözlə, ərzaq və qeyri ərzaq məhsullarındakı qiymət artımı təkcə Ramazan ayını və Novruz bayramını əhatə edən martda yox, digər aylarda da müşahidə oluna bilər. 
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO