Nazirlər Kabinetində ““Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, inteqrasiya həyata keçirilənədək dərman vasitələrinin dövlət reyestrinin məlumatları dəyişikliklər (dövlət qeydiyyatı müddətinin bitməsi, yenidən dövlət qeydiyyatına alınması, istehsalçının dəyişməsi, istehsal ölkəsinin dəyişməsi, yeni qablaşdırma miqdarı) göstərilməklə, Səhiyyə Nazirliyi tərəfindən ayda bir dəfə elektron formada Tarif (qiymət) Şurasının Katibliyinə təqdim ediləcək.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq dərman vasitələrinin dövlət reyestrinə daxil edilmiş dərman vasitələrinin (yalnız ixrac üçün Azərbaycan Respublikasında istehsal edilmiş dərman vasitələri istisna olmaqla) topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:52 / 06.03.2024
Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsində DƏYİŞİKLİK EDİLDİ
Hazırda oxunan: Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsində DƏYİŞİKLİK EDİLDİ
Hazırda oxunan: Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsində DƏYİŞİKLİK EDİLDİ
181409
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.