“Bitcoin”in qiyməti daha da BAHALAŞACAQ?

“Bitcoin”in qiyməti daha da BAHALAŞACAQ?

Hazırda oxunan: “Bitcoin”in qiyməti daha da BAHALAŞACAQ?

181231

Bir neçə gündür ki, kriptovalyuta bazarında ciddi canlanma müşahidə olunur. Xüsusilə də, “Bitcoin” qiymət qəfildən 58 000 dollara, iki gün əvvəl 63 560 dollara, bu gün isə 68 000 dollara yüksəldi. Günorta saatlarından isə 68 284 dollardan təklif olunmağa başladı.

Bizim.Media xəbər verir ki, beynəlxalq ekspertlər qısa müddət ərzində “Bitcoin”in (BTC) dəyərinin 85 min dollara çatacağını proqnozlaşdırırlar. Bu da 2021-ci ildən sonra gözlənilən ən pik hədd olacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

“Binance”yə REKORD CƏRİMƏ – “Birja şərtlərə əməl etməsə...”


Beynəlxalq ekspert Tom Lee CNBC agentliyinə açıqlamasında, BTC-nin uzunmüddətli trendinə qayıtmağa hazırlaşdığını və qısa müddətdə əhəmiyyətli artımın gözlənildiyini diqqətə çatdırıb. Onun dediyinə görə, ilin sonunda bir “Bitcoin”in qiyməti 150 min dollara qədər bahalaşacaq.

“İnvestorların marağı, eləcə də Spot Bitcoin ETF-lərə maraq və axının artması “Bitcoin”in bazar dəyərinin 1,3 trilyon dolları ötməsinə səbəb olub”, - deyə ekspert qeyd edib. 

T.Lee-nin 150 min dollarlıq proqnozu göstərir ki, BTC-yə maraq getdikcə artmaqdadır. Üstəlik bazardakı dinamika və tənzimləyici inkişaf meylləri yaranmış optimizmi yaxından dəstəkləyir. Bu da gələcəkdə “Bitcoin”in daha geniş tətbiqinə və institutsional investisiyaların artımına kömək edə bilər. 

Qeyd edək ki, günorta saatlarında BTC 68 284 dollara çatdıqdan bir neçə dəqiqə sonra yenidən geriləməyə başladı və hazırkı 67 004 dollar həddinə düşdü. 

“CoinGlass”ın məlumatlarına görə, bu gün CME birjasında “Bitcoin”ə açıq maraq 5,90 faiz artdı. Eyni vaxtda, “Binance” və “Bybit” kimi birjalarda da artım baş verdi. 

Beynəlxalq təhlilçilərin açıqlamalarından belə aydın olur ki, “Bitcoin”in qiyməti bahalaşmağa davam edəcək.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO