Azərbaycanın daxili dövlət borcunun məbləği HESABLANIB

Azərbaycanın daxili dövlət borcunun məbləği HESABLANIB

Hazırda oxunan: Azərbaycanın daxili dövlət borcunun məbləği HESABLANIB

180510

1 yanvar 2024-cü il tarixi vəziyyətinə daxili dövlət borcu 15.866,4 milyon manat və ya 2023-cü il üzrə 123.005,5 milyon manat məbləğində Ümumi Daxili Məhsulun (ÜDM) 12,9 faizini təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, qeyd edilən tarixə daxili dövlət borcunun 6.339,9 milyon manatı (40%-i) dövriyyədə olan dövlət istiqrazlarının, 175,5 milyon manatı buraxılmış veksellərin, 9.351,0 milyon manatı (58.9%-i) isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərin payına düşüb.
Hesabat tarixinə daxili dövlət borcunun 18,5 %-i 1 illik, 66 %-i 2 və 3 illik, 15,6 %-i isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşüb.

Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO