Xəbər verdiymiz kimi Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin daimi nümayəndələri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Welt” yayıb.
MÖVZU İLƏ BAĞLI:
“Contact” pul köçürmə sisteminin fəaliyyəti DAYANDIRILIB
Nəşr yazıb ki, Moskvaya qarşı 13-cü sanksiya paketi Brüssel tərəfindən təsdiqlənən ən geniş məhdudiyyətlərdən biri olacaq.
Belə ki, sanksiyalar siyahısına 200-ə yaxın qurum və fiziki şəxs əlavə olunacaq. Bu isə Rusiyanın Aİ-də mövcud olan bütün aktivlərinin dondurulması ilə nəticələnəcək.
Siyahıya daxil ediləcək şirkətlər arasında “Guangzhou Ausay Technology”, “Shenzhen Biguang Trading” və “Yilufa Electronics” də var. Moskvanın hərbi-texnoloji cəhətdən güclənməsində rol alan digər şirkətlərə də sanksiyalar tətbiq ediləcək və onlara hərbi təyinatlı mallar və texnologiyalar satışı qadağan ediləcək.
Qeyd edək ki, saksiya paketi Rusiyanın Ukraynaya hücumunun ikinci ildönümündə - fevralın 24-də qüvvəyə minəcək.
Bizim.Media