SOCAR və

SOCAR və "Belneftexim" memorandum imzaladı

Hazırda oxunan: SOCAR və "Belneftexim" memorandum imzaladı

17868

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Belarusun Dövlət Neft və Kimya Konserni (“Belneftexim”) arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

Bizim.Media SOCAR-a istinadən xəbər verir ki, sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Belneftexim” Konserninin sədri Andrey Rıbakov imzalayıblar.

Memorandumda tərəflərin neft və neft məhsullarının istehsalı və reallaşdırılması sahəsində imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
 

MÖVZU İLƏ BAĞLI:

Rövnəq Abdullayev SOCAR-ın maliyyə nəticələrini Müşahidə Şurasına təqdim etdi - FOTO


Memoranduma əsasən, əməkdaşlığın əsas istiqamətlərini Azərbaycan neftinin Belarusa tədarükünün təşkili sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, həmçinin karbohidrogen ehtiyatları istehsalçıları və istehlakçıları arasında dialoqun aktivləşdirilməsi, Belarus neft emalı zavodlarında əməliyyat effektivliyinin artırılması üçün texniki auditin aparılması və s. təşkil edəcək.

Sənəd həmçinin Belarusda istehsal olunan neft məhsullarının reallaşdırılması, birgə investisiya layihələri və Belarus bazarında SOCAR tərəfindən neft məhsullarının satışı sahələrində tərəfdaşlıq məsələlərini əhatə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO