2023-cü il ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıt olub.
Bizim.Media İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, girov qoyulan mənzillərin 92,9%-i bu üç ərazi idarəsinin payına düşür.
Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ (17 müqavilə), 14 saylı Şamaxı (23 müqavilə) və 11 saylı Şəmkir (26 müqavilə) ərazi idarələridir.
Dövlət Xidmətinin məlumatına görə, 2023-cü il ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə də paytaxt Bakı ilk yeri tutur.
Bununla belə, bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Belə ki, bölgələrdə fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazilər 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin əhatə etdiyi rayonlardadır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:09 / 09.02.2024
Mənzillərin ən çox girov qoyulduğu ərazilər AÇIQLANDI
Hazırda oxunan: Mənzillərin ən çox girov qoyulduğu ərazilər AÇIQLANDI
Hazırda oxunan: Mənzillərin ən çox girov qoyulduğu ərazilər AÇIQLANDI
177416
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.