Mərkəzi Bank uçot dərəcəsini ENDİRDİ 

Mərkəzi Bank uçot dərəcəsini ENDİRDİ 

Hazırda oxunan: Mərkəzi Bank uçot dərəcəsini ENDİRDİ 

175890

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsi il bağlı növbəti qərarını açıqlayıb. 

Bizim.Media AMB-yə istinadən xəbər verir ki, uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6.25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilib. 

Bildirilib ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında vəziyyət nəzərə alınmaqla verilib. 

Qərar 1 fevral 2024-cü ildən qüvvəyə minir. 

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il martın 28-də açıqlanacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO