Azərbaycandan Rusiyaya nə qədər yumurta göndərilib?

Azərbaycandan Rusiyaya nə qədər yumurta göndərilib?

Hazırda oxunan: Azərbaycandan Rusiyaya nə qədər yumurta göndərilib?

175435

Azərbaycandan Rusiyaya 612 min ədəd daha iki partiya ərzaq yumurtası gətirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatında deyilir.

"Yanvarın 27-də Rusiyaya sonrakı satış üçün "Yaraq-Qazmalar" keçid məntəqəsi vasitəsilə Azərbaycandan 36 ton (612 min ədəd) həcmində ərzaq yumurtasının növbəti partiyaları idxal edilib", - deyə bildirilib.

Yüklər müvəqqəti saxlama anbarına daxil olduqdan sonra qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün nümunə götürülüb.

"Yanvarın 27-nə olan məlumata əsasən, Azərbaycandan Rusiyaya 5,2 milyon ədəd qida yumurtaları idxal edilib", - deyə qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasından Rusiya Federasiyasına ərzaqlıq yumurtanın ixracı ilə bağlı əldə olunmuş razılığın icrasına başlanılıb. Dekabrın 19-da Rusiya Federasiyasına "Yaraq-Qazmalar" buraxılış məntəqəsi vasitəsilə Azərbaycan Respublikasından 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası ixrac edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO