Keçən il ərzində Cəbrayıl, Zəngilan və Qubadlıda Prezident İlham Əliyevin iştirakı ilə 9 kənd, 1 qəsəbə, 3 şəhər mərkəzində müxtəlif yaşayış məhəllələri, məktəb, xəstəxana kimi təməlatmalar həyata keçirilib. Bu yaşayış kompleksləri insanların qayıdışlarına töhfə olacaq.
Bizim.Media xəbər verir ki, bunu ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
O bildirib ki, Qarabağ və Şəri Zəngəzur yaşıl enerji zonasıdır, artıq işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərində ətraf mühitin qorunması əsas prioritetdir:
"Bu istiqamətdə böyük işlər aparılır. Cəbrayılda günəş elektrik stansiyaları tikiləcək".
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:06 / 26.01.2024
Cəbrayılda günəş elektrik stansiyaları TİKİLƏCƏK
Hazırda oxunan: Cəbrayılda günəş elektrik stansiyaları TİKİLƏCƏK
Hazırda oxunan: Cəbrayılda günəş elektrik stansiyaları TİKİLƏCƏK
175206
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.