Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Macarıstanın Şomod inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bu barədə Bizim.Media-ya Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması üçün Şomod inzibati ərazi vahidində zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatın 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə həmin inzibati ərazi vahidindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
07:27 / 25.01.2024
Macarıstandan ölkəmizə quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
Hazırda oxunan: Macarıstandan ölkəmizə quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
Hazırda oxunan: Macarıstandan ölkəmizə quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
174984
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.