Hadrut-Cəbrayıl-Şükürbəyli yolunun tikintisindən xəbər var - FOTO

Hadrut-Cəbrayıl-Şükürbəyli yolunun tikintisindən xəbər var - FOTO

Hazırda oxunan: Hadrut-Cəbrayıl-Şükürbəyli yolunun tikintisindən xəbər var - FOTO

17326

Martın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfəri zamanı Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilib.

Bizim.Media Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu başlanğıcını Xocavənd rayonunun Hadrut qəsəbəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yoluna birləşir.

Layihələndirilən yolun uzunluğu 43 kilometrdir. Dövlət başçısının tapşırığına əsasən, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir.

Artıq yol boyu genişmiqyaslı tikinti işləri həyata keçirilir. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə subpodratçı şirkət olaraq yol tikintisi sahəsində ixtisaslaşmış yerli şirkət “Körpü-Bina-Tikinti” MMC birgə icra edir.

Yeni Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobill yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir.

Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO