SOCAR Ukraynanın Müdafiə Nazirliyinə aviasiya yanacağı satacaq

SOCAR Ukraynanın Müdafiə Nazirliyinə aviasiya yanacağı satacaq

Hazırda oxunan: SOCAR Ukraynanın Müdafiə Nazirliyinə aviasiya yanacağı satacaq

173032
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi (“SOCAR Ukraine”x9d) və yerli “EFG Trading”x9d (“Euro Fuel Group Trading”x9d) şirkəti bu ölkənin Müdafiə Nazirliyinə reaktiv yanacaq satacaq.

“Report”x9d Ukrayna mətbuatına istinadən xəbər verir ki, şirkətlər 20,1 ton aviasiya yanacağının satın alınması məqsədi ilə keçirilmiş tenderin qalibləri olublar.

Məlumatda deyilir ki, tenderin nəticələrinə görə, Ukrayanın Müdafiə Nazirliyi “SOCAR Ukraine”x9ddan hər tonu 21 min qrivnadan (1 340 manat) olmaqla 6,1 ton (Lot-1) və hər tonu 19 965 qrivnadan (1 274 manat) olmaqla 2,9 ton (Lot-2) yanacaq alacaq. “EFG Trading”x9d isə hər tonu 20 min qrivnadan (1 276 manat) olmaqla 6,1 ton (Lot-1) və hər tonu 19 833 qrivnadan (1 265 manat) olmaqla 3 ton yanacağı nazirlik üçün tədarük edəcək. “SOCAR Ukraine”x9ddən alınacaq reaktiv yanacaq Azərbaycan istehsalı, “EFG Trading”x9ddən alınacaq reaktiv yanacaq isə İtaliya və Bolqarıstan istehsalı olacaq.

Tenderdə “SOCAR Ukraine”x9d və “EFG Trading”x9d ilə yanaşı Ukraynanın “Voenservis-Volonter”x9d şirkəti də iştirak edib, amma onun bütün lotlar üzrə təklif etdiyi qiymət 21 400 qrivna (1 365 manat) olub. Tenderdə qalib gəlmiş şirkətlər isə yanacağın hər tonunun bazar qiymətinin 600-800 qrivna (38-51 manat) ucuz təklif ediblər.

Xatırladaq ki, “SOCAR Ukraine”x9d 2008-ci ildə yaradılıb. 2009-cu ildə şirkət Ukraynanın Odessa və Nikolayevski vilayətlərində “Tala-Mafta”x9d adı ilə fəaliyyət göstərən 20-yə yaxın yanacaq-doldurmaq məntəqəsini (YDM) alıb, həmçinin Odessadakı iri neft bazasına (“Svitanok”x9d) nəzarət etməyə başlayıb. 2010-2011-ci illərdə isə “SOCAR Ukraine”x9d paytaxt Kiyevdə və ölkənin Lvov vilayətində “ONİO”x9d adı ilə fəaliyyətdə olan fəaliyyət göstərən 4 YDM-ə sahib olub. 2012-ci ilin avqust ayında isə Azərbaycan şirkəti Ukraynanın Antiinhisar komitəsindən 26 YDM-in və “Kalina”x9d neft bazası qrupunun fəaliyyəti üçün icazə alıb. Hazırda bu şəbəkə Ukraynada 60 YDM-in, Kiyevdəki “Bakı-1”x9d və Odessadakı “Gəncə”x9d neftdaşıyan bunker gəmisinin fəaliyyətini əhatə edir.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO