Azərbaycanla Dünya Bankı arasında enerji tərəfdaşlığının inkişafı müzakirə edilib

Azərbaycanla Dünya Bankı arasında enerji tərəfdaşlığının inkişafı müzakirə edilib

Hazırda oxunan: Azərbaycanla Dünya Bankı arasında enerji tərəfdaşlığının inkişafı müzakirə edilib

173032

Energetika naziri Pərviz Şahbazovla Dünya Bankının təcrübə meneceri Stefani Gilin rəhbərlik etdiyi enerji məsələləri üzrə nümayəndə heyəti arasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycanla Dünya Bankı arasında enerji sektorunda tərəfdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

Ölkəmizdə 2027-ci ilədək 2 QVt-dək bərpa olunan enerji güclərinin enerji sisteminə inteqrasiyası məqsədilə şəbəkənin gücləndirilməsi, həmçinin növbəti mərhələdə dənizdə külək enerjisindən istifadə ilə bağlı dəstəyin göstərilməsi üzrə Dünya Bankı ilə əməkdaşlığın cari vəziyyəti və növbəti addımlar nəzərdən keçirilib.

Energetika naziri Pərviz Şahbazov şəbəkənin gücləndirilməsi prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayaraq Dünya Bankının bu istiqamətdə dəstəyinin əhəmiyyətini qeyd edib.

Bundan başqa, “Xəzər-Qara dəniz - Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasını (TİƏ) İtaliyanın “CESİ” şirkətinin həyata keçirdiyi barədə məlumat verilərək, Dünya Bankının fəaliyyətinin Qara dəniz sualtı kabel layihəsindən bütövlükdə dörd ölkəni birləşdirən dəhlizədək genişləndirilməsinin zəruriliyindən bəhs edilib. Söhbət zamanı hidrogen, geotermal enerji, hərracların keçirilməsi, damüstü günəş enerjisi sistemlərinin quraşdırılması, enerji səmərəliliyi, karbon emissiyalarının azaldılması, həmçinin “Elektroenergetika haqqında” yeni Qanunun tətbiqindən irəli gələn məsələlərdə də Bankla əməkdaşlıq dəyərləndirilib.

Dünya Bankının təcrübə meneceri Stefani Gil BMT-nin İqlim Dəyişikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək Azərbaycanın bərpa olunan enerji potensialından geniş istifadəni və “Yaşıl Enerji Dəhlizi”nin yaradılmasını hədəfləyən siyasətindən məmnunluğunu ifadə edib.
Ölkəmizdə bərpa olunan enerji güclərinin enerji sisteminə inteqrasiyası üçün şəbəkənin gücləndirilməsi, enerji səmərəliliyi ilə yanaşı, “yaşıl enerji” kursunun digər komponentlərinin inkişafına Dünya Bankının dəstəyi diqqətə çatdırılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO