Naxçıvanda sosial sığorta haqları üzrə daxilolmalar 11,2 faiz ARTIB

Naxçıvanda sosial sığorta haqları üzrə daxilolmalar 11,2 faiz ARTIB

Hazırda oxunan: Naxçıvanda sosial sığorta haqları üzrə daxilolmalar 11,2 faiz ARTIB

173014

Naxçıvanda sosial sığorta haqları üzrə daxilolmalar 11,2 faiz artıb.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında 2023-cü ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 147,6 milyon manatdan çox olub. Bu, 2022-ci illə müqayisədə 11,2 faiz və ya 14,8 milyon manat çoxdur. 

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilə nisbətən 20,2 faiz artaraq 45,8 milyon manat təşkil edib.

2023-cü il ərzində işsizlikdən sığorta haqları üzrə daxilolmalar əvvəlki illə müqayisədə 16,7 faiz artıb və 4 milyon manat olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2022-ci ilə nisbətən 5,5 faiz artaraq 24,3 milyon manatdan çox təşkil edib.
Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO