Azərbaycana idxal edilən bəzi məhsullar daha 2 il gömrük rüsumundan azad edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Dəyişikliyə əsasən, ölkəyə idxal edilən inəklər, toyuqlar, toyuq əti, kərə yağı, rekombinə edilmiş yağ, zərdab yağı, təzə və soyudulmuş tomat, xiyar və kornişonlar, üzümün süfrə növləri, alma, armud, bəzi portağal və digər sitrus meyvələrinin şirələri, meyvə və tərəvəz şirələri əsasında içkilər, bəzi energetik içkilər, istehsal məqsədli tütün növləri, emal edilməmiş gönlər, südlü pastalar daha 2 il gömrük rüsumundan azad edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
20:23 / 30.12.2023
Bəzi məhsullar daha 2 il gömrük rüsumundan azad edildi
Hazırda oxunan: Bəzi məhsullar daha 2 il gömrük rüsumundan azad edildi
Hazırda oxunan: Bəzi məhsullar daha 2 il gömrük rüsumundan azad edildi
171452
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.