Azərbaycan bu il Gürcüstanın ən böyük İDXALÇISI OLUB

Azərbaycan bu il Gürcüstanın ən böyük İDXALÇISI OLUB

Hazırda oxunan: Azərbaycan bu il Gürcüstanın ən böyük İDXALÇISI OLUB

169937

Bu ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 787,8 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib ki, bu da adıçəkilən ölkənin ümumi ixracının 14,1 %-i deməkdir. 

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın milli statistika idarəsi məlumat yayıb. 

Bu göstərici ilə Azərbaycan qonşu ölkənin ən böyük idxalçısı olub. 

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın Gürcüstandan idxalı 32,3 % artıb. 

Siyahıda 2-ci yerdə 710,7 milyon ABŞ dolları ilə Ermənistan və 649,2 milyon ABŞ dolları ilə Qazaxıstan qərarlaşıb. 

11 ay ərzində Gürcüstan 5 milyard 584,3 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib. Bunun 80,5 %-i 10 ölkənin payına düşüb. 

Hesabat dövründə Gürcüstanın ümumi idxalının dəyəri 14 milyard 28,5 milyon ABŞ dolları olub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO