Zabrat, Sabunçu və Ramanada yolların təmirinə 450 min manat ayrıldı

Zabrat, Sabunçu və Ramanada yolların təmirinə 450 min manat ayrıldı

Hazırda oxunan: Zabrat, Sabunçu və Ramanada yolların təmirinə 450 min manat ayrıldı

169729

Prezident İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonunun Zabrat, Sabunçu və Ramana qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 450,0 (dörd yüz əlli) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO