Bu və ya digər dövlət ailə kimidir. Varidatından və böyüklüyündən asılı olmayaraq, hər dövlətin öz problemləri var və ailəni saxlamaq üçün bu problemlərin həlli çox vacibdir. Adətən ailədə problemlərin ortaya çıxması ailənin iqtisadi vəziyyətindən, başqa sözlə desək, maddi durumundan asılıdır. Maddi vəziyyət pisləşdikcə, ailənin problemləri də artır. Bəzi ailələr bu problemləri həll edə bilmədikdə, hətta dağılırlar da. Ailənin dağılmaması üçün ailə başçısı əlindən gələni etməlidir ki, düşdüyü pis vəziyyətdən çıxsın. Dövlət də ailə kimidir. Heç nədən problemlər ortaya çıxır və onun həllindən ölkənin maddi durumu asılıdır. Ailə başçısı ailəsini iflasa aparan nə varsa nəzərə almalıdır, çıxış yolu axtarıb tapmalıdır. Belə olduğu halda ailə üzvləri nə baş verdiyini anlamalı, ona dayaq olmalıdırlar. Ailə daxilində olan dedi-qodulara son qoyulmalı, ailənin bütün üzvləri ailə başçısının ətrafında birləşib, düşdükləri vəziyyətdən çıxmaq üçün müəyyən işlər görməlidirlər. Ən əsası odur ki, ailə başçısına inam olmalıdır. Aydındır ki, ailənin işinə qarışanlar da müəyyən problemlər yaradırlar, ancaq ailə başçısı güclü olarsa, problemləri yaradanları ətrafından uzaqlaşdırar və öz ailəsini qoruya bilər. Dövlət də ailə kimidir.xa0
Gəlin bu sadə mövqedən Azərbaycan ailəsinə nəzər salaq. Azərbaycan cəmiyyətinin çatışmayan cəhətlərini göstərək, qoy müəyyən mənada tənqidimiz öz ünvanına çatsın. Biz tənqid dedikdə, heç kimi alçaltmaq istəmirik. Sadəcə olaraq, düşdüyümüz vəziyyətdən çıxmaq üçün çıxış yollarını göstərmək istəyirik. Hər şeydən əvvəl Azərbaycan ailəsini saxlayan və ona önəm verən iqtisadi imkanlarına nəzər salmalıyıq və inkişafımıza mane olan nə varsa ortaya çıxartmalıyıq.
Son iki il ölkəmiz üçün ciddi imtahanlar dövrüdür, çünki neftin qiymətlərinin aşağı enməsi və hasilatının azalması ciddi iqtisadi problemlərlə üzləşməyə səbəb olub. Sadə dildə desək, bu vaxta qədər Azərbaycanın büdcəsinin 95 % neft gəlirləri təşkil edirdi. İndi bu 95 % yoxdur, yəni devalvasiyaya qədər Azərbaycan ailəsini dolandıran 100 manatdan 95-ni neft və neft məhsullarından gələn gəlirlər təşkil edirdi. İndi bu yoxdur. Deməli ailə başçısı nəyin bahasına olursa olsun, əlinin altında olan bütün resurslarını səfərbər edib, cəmləşdirib, ailəsinin dolanması üçün vacib olan 95 manatı yerinə qoymalıdır. Zaman göstərir ki, ailə başçısı operativ şəkildə qeyri-neft sektorunun inkişafı ilə bağlı ciddi fərmanlar qəbul edir və bu Fərmanların yerinə yetirilməsindən Azərbaycanın taleyi asılıdır.
Böhrana düşmüş ölkə, xəstə insanı xatırladır. Xəstəliyin mahiyyətini dərk etmədən, xəstənin sağalacağına inanmaq axmaqlıdır. Neft qiymətlərinin aşağı enməsi, hasilatın azalması problemlər yaratsa da, ən böyük problem devalvasiya oldu. Neftin qiymətinin aşağı enməsini hasilatın artması ilə həll etmək olardı, ancaq devalvasiya 120 %-dən aratıq olduğundan Azərbaycanda iki dəfədən çox işləməli və qazanmalıdır ki, büdcə kəsrini doldursun. Odur ki, ilk növbədə iqtisadiyyatın tez gəlir gətirən sahələri işə düşməli və yaxud yaradılmalıdır. Bu problemin həllinin ilk mərhələsi olmalıdır və bu məntiqdən irəli gələn məsələdir, çünki devalvasiyadan sonra baş verən resesiya Azərbaycanda olan bütün qiymət və xidmətləri ən azı 2 dəfə-dən çox aşağı endirib. Bu ölkə iqtisadiyyatını ümumilikdə kollaps vəziyyəti aparır. Bunu dayandırmaq və ciddi tədbirlər görülməlidir.
Ölkəmiz iki dəfə devalvasiyaya uğrayıb. Aydındır ki, buna Qərbin siyasi təzyiqi kimi baxmalıyıq və onların ölkə iqtisadiyyatına vurduğu zərəri görməliyik. Devalvasiyadan sonra baş alıb gedən resesiyaya qarşı Azərbaycan hökuməti demək olar ki, bir addım belə atmayıb, resesiyadan çıxmağın yolların axtarmayıb, ən ciddi böhran sayılan resesiyadan çıxmaq üçün konkret plan işləyib hazırlamayıb.xa0
Nə deməkdir resessiya? Resesya bütün qiymətlərin və xidmətlərin devalvasiya dəyəri qədər aşağı düşməsidir, yəni devalvasiya 100%-sə, qiymətlər də ən azı bu qədər aşağı düşməlidir. Bu saat Azərbaycanda bütün qiymətlər bu səviyyədədir. Benzin, qaz, işıq və s. 2015-ci illə müqayisədə 100 % ucuzlaşıb. Məsələn, əgər 2015-ci ildə benzini indiki kimi 80 qəpiyə alırdıqsa, bu 1 dollar 4 sent edirdi, indi 80 qəpik 36 sentdir. Fikir verin, Azərbaycan büdcəsi nə qədər itirir.xa0
Azərbaycanın Eks-Prezidenti Ayaz Mütəllibovun KİV-lərə verdiyi ”x9dAzərbaycan böhrandan çıxa bilər. Bu o qədər də ciddi problem deyil”x9d məqaləsində resesiyadan uzaqlaşmağın və staqnasiyya nail olmağın çox asan yolları göstərilir. Müəllif hər şeydən əvvəl iqtisadi sistem elementlərinin bir-biri ilə əlaqəli olmasını və bir elementin işinin pozulması, başqalarına da necə təsir etdiyini göstərir. Ən maraqlısı odur ki, resesiyanın qarşısını almaq üçün başqa ölkələrin təcrübəsindən istifadə olunmasını əsas götürür . Məsələn , Türkiyənin, Qazaxıstanın. Bu iki ölkənin antiresesiya siyasəti maaş və pensiyaların, qiymət və xidmətlərin devalvasiya dərəcəsi qədər artırılmasını bu ölkələrin emisiya siyasəti ilə əlaqələndirir, yəni ölkə üçün lazım olan qədər pulun kəsilməzi və ÜDM artırılması ilə bu ölkələr düşdüyü iqtisadi bəladan çıxa bildilər. Azərbaycan da bunu edə bilərsə, əlbəttə ki, problemin həllindən biri olar.
Ancaq bununla belə hökumətin böhrandan çıxmaq üçün belə addımlara əl atacağı gözə dəymir, Bu boyda iqtisadiyyat universiteti, akademik institut və təşkilatlar var, ancaq Azərbaycanın böhrandan çıxmaq yollarını ilə bağlı irəli sürülən nə bir plan, nə də bir layihə mövcuddur. Təkcə Prezidentin bu və ya digər neft sektorunun inkişafı ilə verdiyi fərman və maliyyə yardımından başqa heçnə gözə dəymir. Prezidentin Fərmanlarının yerinə yetirilməməsinə qarşı məmur sabotajı də göz qabağındadır. Götürək Prezidentin Kəndlərdə Kooperativlərin yaradılması ilə bağlı Fərmanını 2 ilə yaxındır bu Fərman verilib, ancaq bir dənə də kooperativ yaradılmayıb Azərbaycanın düşdüyü bəladan çıxması üçün ilk növbədə iqtisadi inkişafımızın qarşısını alan bütün maneələri aradan qaldırılmalıdır. Ancaq belə olduğu andan qeyri-neft sektorunda canlanma özünü göstərər. Yuxarıda dövlətə tez gəlir gətirən sahələrin inkişafını gücləndirmək fikrini irəli sürdük. Daha doğrusunu desək, kənd təsərrüfatının ilk növbədə tam işləməsini nəzərdə tutduq.
Azərbaycan Prezidenti bu sahələrin inkişafı ilə bağlı Fərmanlar imzalayıb və milyonlarla bu sahəyə investisiya ayırıb. Bu son nəticədə öz bəhrəsini verməlidir. Ancaq biz buna nail olmaq üçün istehsal olunacaq mallara bazar tapmalıyıq və məhsulların Azərbaycanda çıxarılmasını asanlaşdırmalıyıq. Deməli, Prezidentin ayırdığı maliyyətinin ortaya çıxaracağı malların bazarını müəyyən etməliyik və xarici iqtisadi siyasəti bunun üzərində qurmalıyıq.
Bir həqiqət vardır ki, kəndin inkişafı kəndlinin əlindədir. Azərbaycan rayonlarına nəzər salsaq görərik ki, kənlərdə əhali qalmayıb. Kəndlilərin çoxu öz torpaq sahələrini satıb, ya şəhərlərə köçüblər, ya da xarici ölkələrə işləməyə gediblər. Gedənlər özləri ilə küllü miqdarda pul aparıblar və bu pulları Rusiya, Ukrayna və s. ölkələrin bazar və dükanlarına investisiya qoyublar. Azərbaycan Prezidentinin pambıqçılıq, tütünçülük, baramaçılıq və s. sahələrinin inkişafı ilə bağlı Fərmanlarının həyata keçirilməsinə ən böyük maneə işçi qüvvəsinin olmamasıdır. Məsələn, əkilən pambıq, tütün, üzüm və s. kim yığacaq?
Odur ki, Azərbaycan Respublikasının ən vacib məsələlərindən biri urbanizasiyaya məruz qalmış kəndlinin kəndə qayıtmaq problemidir. Kənd həmişə şəhərdən yaxşı yaşayıb. Elə etməliyik ki, kəndli kənd həyatının şəhər həyatından iqtisadi üstünlüyünü hiss etsin. Nə deməkdir iqtisadi üstünlüyünü hiss etmək? Yəni kəndə şəhərdən çox qazandığını görsün, təsərrüfatına qayıtsın.
Bu Azərbaycan Hökumətinin daxili siyasətinin əsas xətti bu olmalıdır. Kəndlilərin yaşayışına, onların istehsal etdiyi malların bazarlara çıxarılmasına nə mane olursa aradan qaldırılmalıdır. Adındır ki, Azərbaycanda istehsal edilən qida məhsulları, meyvə və tərəvəzlərdən söhbət gedir. Azərbaycan kəndlisi öz məhsulunu Şimala aparırdı və yüksək qiymətə Şimal ölkələrində satırdı. Azərbaycan müstəqilliyə çıxandan sonra bu iqtisadi sistem halına çevrilmişdi. Kənlilər arasında Azərbaycan məhsullarını Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və başqa dövlətlərə daşıyıb satan biznesmenlər mövcud idi və onların sayəsində Respublikamıza küllü-miqdarda valyuta gəlirdi və nəticələri də göz qabağındadır. Məsələn götürək Bakı şəhərində tikilən evlərin sayını. Əgər statistik təhlil etsək ,görərik ki, bu evləri alanların 80% kənd əhalisidir və bu evlər Şimaldan gələn pulların hesabına tikilib. Deməli , kənd təsərrüfatında istehsal olunan məhsulların ölkədən çıxarılması üçün hökumət ciddi tədbirlər görməlidir və anlamalıdır ki, bu mallara maneə yaradan nə varsa aradan götürülməlidir. Onun kəndlə bağlı siyasətinin mahiyyəti bu olmalıdır. Məhsulu qabağına çürüyən kənd təsərrüfatı qısa müddət ərzində müflisləşir, bunun nəticəsində kəndin boşalmasına səbəb olur.
Azərbaycan Respublikasını dünya aqrar-sənaye ölkəsi kimi tanıyıb, ancaq dərinə getsək son illərdə bu və ya digər komplekslərin tikilməsini və işə düşməsinin nəzərə almasaq, aqrar sənayedən demək olar ki, əsər-əlamət qalmayıb. Bununla belə kəndin müflisləşmə prosesinin qarşısı alınmayıb. Kəndin inkişafın bir yolu vardır, kəndlinin istehsal etdiyi məhsulun satılması və qazanc gətirməsi üçün şəraitin yaradılması Kəndin işləməsinə mane olan nə varsa, aradan qaldırılmalıdır. Kənd dolanarsa, şəhərin dolanması daha da asanlaşır.
Azərbaycanın Əks-Prezidenti A.Mütəllibovun bu yaxınlarda verdiyi intervüdə qeyd edirdi ki, bazar iqtisadiyyatının bütün sahələri bir-biri ilə sıx əlaqədardır. Birinin inkişafı, başqalarının inkişafına təkan verir. Quba alması ilə bağlı bir misal çəkir, qeyd edir ki, əgər Quba kəndlisi öz məhsulunu Rusiyaya apara bilsə, ölkəyə xarici valyuta axını başlayar və kənd özü-özünü dolandırar.
Gəlin özümüzü aldatmayaq - Azərbaycan kəndlisi bu saat dolana bilmir. Səbəbi onun dolanmasının qarşısını almışıq. Gömrük rüsumlarının qaldırılması nəticəsində, kəndli məhsulunu kənar ölkəyə çıxara bilmir. Milyon tonlarla məhsul çürüyür... Kəndlinin aktiv iqtisadi həyata qayıtması üçün onun mallarının qabağını alan maneələri aradan qaldırmalıyıq. Götürək, elə gömrüyü. Onun Azərbaycan mallarını və kənd təsərrüfatını qoruması üçün gömrük siyasəti olmalıdır və Azərbaycan mallarının kənara çıxarılması üçün asan yol xəritəsi yaratmalıdır, rüsum ən azı üç dəfə azalmalıdır və xaricdən gələn, Azərbaycan məhsullarına rəqabət yaradan mallarına gömrük rüsumu artırmalıdır. Bizdə əksinədir. Ölkəmizə xaricdən o qədər mer-meyvə gəlir ki, Azərbaycan kəndlisinin məhsulu satılmaz qalır.
Azərbaycanda xarici valyutaya tələbatın artmasını da resesiya ilə əlaqələndirmək lazımdır. Qiymət artımı əlbəttə ki, valyutanın ölkəyə gəlməməsi ilə əlaqəlidir. İstəsək də, istəməsək də, bu bazar iqtisadiyyatı bunu tənzimləyir. Böhrandan çıxmağın yeganə yolu odur ki, xaricdən Azərbaycana valyuta gətirən iqtisadi sahələrin işini asanlaşdırmalıyıq. Bayaq kəndli təsərrüfatını istehsal etdiyi məhsulun xaricə çıxarılmasının qarşısını alan faktorları qeyd etdik. Tez valyuta gətirən iqtisadi sahə kimi kəndli təsərrüfatını göstərdik.
Azərbaycan gömrüyünün qoyduğu rüsumlar Azərbaycandan çıxarılacaq malların qarşısını alır, bundan əlavə xarici ticarəti öldürür. Gömrük rüsumunu artırmaqla, qısa müddət ərzində büdcə kəsirlərinin asanlıqla doldurmaq taktikası, çox yanlış taktikadır. Bir-iki aydan sonra gömrük sistemindən daha o qədər məbləğ yığılmayacaq, çünki ölkədən çıxarılan və ölkəyə gətirilən malların həcmi birə beş azalacaq, xarici ticarət demək olar ki, tamlığı ilə çökəcək, xarici firmalara ölkəmizə investisiya qoymaqdan çəkinəcək. Bu ciddi proqnozdur.xa0
Böhran baş verən ölkəyə valyutanın gəlməsini təmin etmək üçün gömrük rüsumunu azaltmaq lazımdır. Bu qanunauyğun bir prosesdir. Bunu həyata keçirməmək ölkə iqtisadiyyatına düşmən zərbəsi vurmaq deməkdir.
Büdcə kəsirini düzəltmək üçün Gömrük rüsumunu qaldırmaq axmaqlıqdır desək yanılmarıq. Rüsumu qaldıranlar iqtisadi sistemin hər elementinin bir-biri ilə sıx əlaqəli olduğunu nəzərə almalıdırlar. İqtisadi sistemin bir elementindən kəsib, başqasına əlavə etdikdə heç nə udulmur, çünki bütün sistem vahid nəticə verir.
Sadə dildə bunu necə izah etmək olar? Fərz edək iqtisadi sistemin ölkəyə gətirdiyi gəlir 1000 manatdır və bu məbləği sistem bir-birindən əlaqəli olaraq qazanır. Bu 1000-in fərz edək ki, 100 gömrükdəndir. Əgər biz gömrük rüsumunu 20% qaldırsaq, buradan gələn gəlir 120 olacaq, ümumi göstərici 1000 olduğundan heç bir inkişaf olmayacaq. Rüsumun qaldırılması sistem pozuntusuna gətirib çıxaracaq, nəticədə iqtisadi sistemin gətirdiyi 1000, azalıb 850 olacaq. Yəni iqtisadiyyatın yazılmamış qanunlarından biri - gömrük rüsumunun qaldırılmasının ölkənin iqtisadi sisteminin ümumi gəlirinə zərbə vurmasıdır.
Bazar iqtisadiyyatının maraqlı nüansları vardır. Bəzən fizikanın “birləşmiş qablar qanunu”x9dnu xatırladır. Bizə xaostik görünsə də, əslində bu xaosun özü-özünü stabilləşdirici, gözə görünməyən mexanizmləridir. Birləşmiş qablar kimi, bir tərəfdən azalırsa, o biri tərəfdən də azalır və yaxud əksinə. Sistem xaosdan uzaq olsa da, daxili dəyişiklər, birləşmiş qablarda olduğu kimi azalırsa, bütün sistem azalır. İqtisadi sistem də belədir. Böhran şəraitində biz ixracı artırmalı, idxalı azaltmalıyıq. Yəni ölkəyə valyutanın gəlməsini gücləndirməli, valyutanın çıxmasının qarşısını almalıyıq. O ölkədə ki, idxal ixracdan çoxdur. O ölkə müflisləşməyə gedir.xa0
Davamı var...
Tahir Cəfərli, siyasi analitikxa0

































































































