Azərbaycanla İranın ticarət dövriyyəsi 400 milyon dollara yaxınlaşdı

Azərbaycanla İranın ticarət dövriyyəsi 400 milyon dollara yaxınlaşdı

Hazırda oxunan: Azərbaycanla İranın ticarət dövriyyəsi 400 milyon dollara yaxınlaşdı

166323

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın İran İslam Respublikası ilə ticarət dövriyyəsi 394 milyon 970 min dollar təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarda deyilir.

Mənbə qeyd edir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.2% və ya 12.8 milyon dollar azalıb.
Qeyd edək ki, cari ilin on ayı ərzində Azərbaycandan İrana 12 milyon 280 min, İrandan Azərbaycana isə 382 milyon 690 min dollar dəyərində məhsul ixrac olunub. Beləliklə, illik müqayisədə Azərbaycanın İrana ixracı 45.8% və İranın Azərbaycana ixracı isə 0.6% azalıb.

Hesabat dövründə Azərbaycanın ümumi ixracının 0,04%-i, idxalının isə 2.7%-i İranın payına düşüb.

Əlavə edək ki, İrandan ölkəyə əsasən kənd təsərrüfatı, yeyinti və ərzaq məhsulları, yuyucu vasitələri, tikinti materialları və digər məhsullar idxal edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO