Həyət evləri BAHALAŞACAQ? – AÇIQLAMA 

Həyət evləri BAHALAŞACAQ? – AÇIQLAMA 

Hazırda oxunan: Həyət evləri BAHALAŞACAQ? – AÇIQLAMA 

166300

“Bağ evlərinə və fərdi həyət evlərinə tələbatın artımı əsasən yaz aylarında müşahidə olunur. Qış aylarına doğru isə bağ evlərinə tələbat bir qədər aşağı düşür”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Kirayə mənzillərin qiyməti KƏSKİN BAHALAŞACAQ – BU TARİXDƏN 


Ekspertin sözlərinə görə, bəzi illərdə qeyd olunan tendensiyanın əksi baş verir. Həmin dövrlərdə bağ evlərinə tələbat alış baxımından yüksək olur:

“Fərdi yaşayış sahələrinə isə tələb bina evlərinin qiymətinin ildən-ilə daha da artması ilə bağlıdır. İnsanların çoxu bu qiymətlə ayaqlaşa bilmədikləri və əllərindəki vəsait həmin evləri tutmağa əl vermədiyi üçün fərdi həyət evlərinə üz tutur. Bu gün çoxmənzilli köhnə binalarda 1 kv.m üzrə qiymət 1500 manata yaxındır. 

Əgər təmirlidirsə, qiymət bundan aşağı olmayacaq. 

Yeni tikili binalarda da qiymətlərin fantastik artımı baş verməkdədir. Belə ki, təmirsiz mənzillərin 1 kv.m-ə görə minimum dəyəri 1500 manatdan başlayır, orta qiyməti isə 2200-2500 manat arasında dəyişir. Bu baxımdan da insanların çoxu, xüsusilə də aztəminatlı ailələr, eləcə də azmaaşlı şəxslər fərdi yaşayış sahələrinə üz tuturlar”. 

Ekspert, bunun səbəbinin insanlarda formalaşmış yeni düşüncə ilə bağlı olduğunu vurğulayıb.

“Bir çox hallarda hər hansı bir məsələ ilə bağlı borc öhdəlikləri yaranan zaman binadakı mənzillərini satmaq düşüncəsinə qapılırlar. Onların fikrincə, mənzili yaxşı qiymətə satsalar, həm borclarını bağlayar, həm də həyətyanı ev də tikə bilərlər. 

Əslində, bu mümkündür. 

Ona görə ki, belə evlərin tikili xərci 250 manat, təmir xərci təxminən 350-500 manatdır. Bir sözlə, orta təmirli fərdi yaşayış sahəsinin tikintisini 1 kv.m-i 500-600 manata başa gətirmək mümkündür. Ancaq köhnə binalarda bu qiymətə mənzil tapmaq mümkün deyil. Bu səbəbdən çox insan torpaq sahəsi əldə etməyə və özləri üçün həyətyanı ev tikməyə çalışır”.  

Oktyabr ayına qədər bu vəziyyətin kəskin xarakter aldığını deyən müsahibimiz, oktyabrın 1-dən fərdi yaşayış evləri ilə bağlı yeni qərarın qəbul olunduğunu xatırladıb:

“Bildiyimiz ki, həmin gündən etibarən tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq. Bu da daşınmaz əmlak bazarına, eləcə də torpaq sahələrinin qiymətin artımına təsir edə, eyni zamanda fərdi evlərə əlçatanlılığı çətinləşdirə bilər”. 

Qeyd edək ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi bu günlərdə yaydığı açıqlamasında, oktyabr ayında bağ evlərinə tələbin azaldığını, fərdi həyət evlərinə tələbin artdığını bəyan edib. 

“Belə ki, fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.3 faiz qiymət artımı qeydə alınıb. Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə tələb yenə də stabildir. Yaşayış binalarında olan mənzillərdə 0.9 faiz aylıq qiymət artımları müşahidə olunub. Qeyri-yaşayış sahələrində 1.4 faiz aylıq qiymət artımı qeydə alınıb. Kirayə bazarında qiymətlər dəyişməyib” – deyə məlumatda qeyd edilib.

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO