Türkiyə ilə rəqəmsal ticarət haqqında saziş imzalanacaq - Mikayıl Cabbarov

Türkiyə ilə rəqəmsal ticarət haqqında saziş imzalanacaq - Mikayıl Cabbarov

Hazırda oxunan: Türkiyə ilə rəqəmsal ticarət haqqında saziş imzalanacaq - Mikayıl Cabbarov

16607

“Azərbaycan Türkiyə ilə çoxşaxəli əməkdaşlığını daha da genişləndirmək niyyətindədir”.

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə dair "dəyirmi masa"da çıxışı zamanı bildirib.

Onun sözlərinə görə iİkitərəfli əməkdaşlıqda ticarət sahəsi mühüm yer tutur:

“Pandemiyanın qlobal ticarətə, ölkələr arasında ticarətə mənfi təsir etdiyi üçün 2020-ci il ərzində ticarət dövriyyəsi 8 % azalaraq 4,2 mlrd ABŞ dolları təşkil edib. Əminəm ki, həyata keçirəcəyimiz birgə işlər, həmçinin ötən ilin fevralın 25-də imzalanmış Preferensial Ticarət sazişinin bu il qüvvəyə minməsi ilə ticarət əlaqələrimizin artımına töhfə verəcək.

Bu ilin sonuna qədər biz 2019-cu ildə əldə etdiyimiz rəqəmlərdən daha üstün bir ticarət həcminə çatacağıq”.

M.Cabbarov qeyd edib ki, Azərbaycanla Türkiyə arasında Rəqəmsal Ticarət Haqqında Anlaşma Memorandumu ticarət əlaqələrinin yeni müstəvidə genişləndirilməsinə imkan yaradacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO