Bakıda “Gömrük-Biznes Forumu 2023” keçirilir 

Bakıda “Gömrük-Biznes Forumu 2023” keçirilir 

Hazırda oxunan: Bakıda “Gömrük-Biznes Forumu 2023” keçirilir 

165177

Bu gün Bakıda Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə “Gömrük-Biznes Forumu 2023” keçirilir.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizin dayanıqlı inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar çərçivəsində gömrük xidməti tərəfindən reallaşdırılan layihələrin vətəndaşlara və biznes subyektlərinə çatdırılması üçün təşkil edilən forumun əsas məqsədi gömrük və biznes əməkdaşlığına Komitənin korporativ hesabatı, görüləcək işlərin anonsu və gerçəkləşdirilən layihələrdə fəal iştirak üçün biznes subyektlərinə çağırış, habelə yeni xidmət və məhsulların faydasından bəhs ediləcək işgüzar ortam yaratmaqdır.

Tədbir çərçivəsində gömrük işinin təşkili sahəsində işgüzar və səmərəli fəaliyyət göstərən şirkətlərə “Dəstək” və “Əməkdaşlıq” nominasiyaları üzrə təşəkkürnamələr təqdim ediləcək.
Sonda Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi layihələrə dair panel müzakirələr olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO