“Bitcoin” sahiblərinə ŞAD XƏBƏR: “60 min DOLLAR OLACAQ “ 

Hazırda oxunan: “Bitcoin” sahiblərinə ŞAD XƏBƏR: “60 min DOLLAR OLACAQ “ 

165123

“2024-cü ilin yanvar ayının 20-nə qədər 1 “Bitkoin”in (BTC) qiyməti 55-60 min ABŞ dollar dəyərində olacaq. İlin sonuna qədər isə 85-120 min dollar arasında dəyişəcək, hətta 250 min dollara qədər yüksələcək. Digər kriptoların da qiymətində artımlar olacaq.

Belə ki, “Solona” 105-115 dollara qədər yüksələcək. Hazırda “Luna” 80-90 sentdir və o da 2,5-3 dollara qədər bahalaşacaq”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında, kriptovalyuta bazarı üzrə mütəxəssis Afiq Ağaquliyev səsləndirib. Hazırda dəyəri 1900 dollardan yüksək olan “Ethereum”un (ETH) isə 3 min dollara qədər yüksələcəyini söyləyən mütəxəssis, bu artımların əsas səbəblərini də diqqətə çatdırıb:

“Belə ki, hazırda davam edən Rusiya-Ukrayna və İsrail-Fələstin müharibələri kripto bazarında da vəziyyəti gərginləşdirir. Ukraynaya təcavüzün başladığı ilk dövrlərdə kriptovalyutaların dəyəri elə də ciddi dəyişməsə də, dövriyyə kapitalı xeyli artmışdı. Amma faktiki vəziyyətlə bağlı bütün “koin”lərdə canlanma müşahidə olunur. İsrail-Fələstin müharibəsində sonra isə yatırılan sərmayələrin və sərmayədarların sayında da ciddi artım baş verməkdədir. Buna görə də kriptoların əldə olunmasında tələb təklifi bir az üstələdi və dəyəri bahalaşmağa başladı”.

Müsahibimizin sözlərinə görə, bahalaşma prosesi yanvarın sonuna qədər davam edəcək:

“Fevral ayının ilk günlərində isə bir qədər stabilləşmə olacaq və bu da mart-aprel aylarında qədər davam edəcək. Ondan sonrakı dövrlərdə, hətta yay aylarında stabillik davam edəcək və hansısa bir yüksəliş və ya ucuzlaşma olmayacaq”. Qeyd edək ki, hazırda kripto birjalarında 1 “Bitcoin”in qiyməti 36-37 min dollar arasında dəyişir.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO