Türkmənistan Avropa-Qafqaz-Asiya dəhlizi ilə bağlə ƏSAS SAZİŞƏ qoşuldu

Türkmənistan Avropa-Qafqaz-Asiya dəhlizi ilə bağlə ƏSAS SAZİŞƏ qoşuldu

Hazırda oxunan: Türkmənistan Avropa-Qafqaz-Asiya dəhlizi ilə bağlə ƏSAS SAZİŞƏ qoşuldu

164846

Türkmənistan Avropa-Qafqaz-Asiya dəhlizinin (TRASEKA) inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişə rəsmən qoşulduğunu elan edib.

Bizim.Media xəbər verir ki, Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 14-də Türkmənistan Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üçün Beynəlxalq Nəqliyyat üzrə Əsas Çoxtərəfli Sazişə rəsmən qoşulub.

1998-ci ilin sentyabrında qəbul edilmiş Saziş Avropa, Qara və Xəzər dənizləri, Qafqaz və Asiya regionlarında iqtisadi və ticarət sahələrində əməkdaşlığın inkişafına yönəlib.

Rəsmi Aşqabad bildirib ki, Sazişə qoşulmaqla, Türkmənistan beynəlxalq yük daşımalarının təşviqinə, yol təhlükəsizliyinin təmin edilməsinə, nəqliyyat siyasətinin uyğunlaşdırılmasına və bu mühüm logistik marşrutda müxtəlif nəqliyyat növləri arasında rəqabət üçün bərabər şəraitin yaradılmasına sadiqliyini ifadə edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO