Ölkəmizin tarixi və hərtərəfli tərəqqi illəri kimi daxil olan bu mərhələdə Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycanın dövlətçilik əsasları daha da möhkəmlənib.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bu mərhələdə ölkəmizin neft-qaz resurslarından məharətlə istifadə olunub:
“Azərbaycan dövləti artıq 3 ildir ki, azad olunmuş ərazilərimizdə quruculuq işlərini sürətlə davam etdirir. 3 ildir dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, əlavə gəlirlər də quruculuq işlərinə yönəldilib. İndiyə kimi azad olunmuş ərazilərin bərpasına ümumilikdə 11 milyard manat vəsait xərclənib, cari ilin sonuna bu vəsaitin 12 milyard manata çatması gözlənilir. Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqtrasiyası gələn illərdə də əsas priortet olaraq qalacaq”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:36 / 13.11.2023
Qarabağın və Şərqi Zəngəzurun bərpasına 11 milyard manat xərclənib - RƏSMİ
Hazırda oxunan: Qarabağın və Şərqi Zəngəzurun bərpasına 11 milyard manat xərclənib - RƏSMİ
Hazırda oxunan: Qarabağın və Şərqi Zəngəzurun bərpasına 11 milyard manat xərclənib - RƏSMİ
164123
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.