“Bu il əhalinin nominal gəlirləri 13,9 faiz artıb” – Komitə SƏDRİ 

“Bu il əhalinin nominal gəlirləri 13,9 faiz artıb” – Komitə SƏDRİ 

Hazırda oxunan: “Bu il əhalinin nominal gəlirləri 13,9 faiz artıb” – Komitə SƏDRİ 

164119

“2023-cü ildə dünya iqtisadiyyatı mülayim templə inkişaf edib. Lakin faktiki inflyasiya mərkəzi bankların proqnozlarından yüksək olub”.

Bizim.Media xəbər verir ki, bu fikirləri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisin plenar iclasında səsləndirib.

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı hesabatı təqdim edən komitə sədri bildirib ki, 2023-cü ilin yanvar-oktyabr aylarında neftin bir barelinin orta qiyməti ötən illə müqayisədə 21 dollar azalaraq, 80,6 dollar təşkil edib: 
“Gələn il isə neftin bir barelinin qiymətinin 80-95 dollar olacağı proqnozlaşdırılır. Lakin Yaxın Şərqdə baş verənlər fonunda fərqli mənzərəyə şahid ola bilərik. 

Eyni zamanda, bu ilin 10 ayında Azərbaycanda ÜDM-in həcmi 0,8 faiz artıb. Sözügedən dövr ərzində əhalinin nominal gəlirləri 13,9 faiz artıb”

Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO