Samir Şərifovdan müdafiə və təhlükəsizlik xərcərinə dair AÇIQLAMA

Samir Şərifovdan müdafiə və təhlükəsizlik xərcərinə dair AÇIQLAMA

Hazırda oxunan: Samir Şərifovdan müdafiə və təhlükəsizlik xərcərinə dair AÇIQLAMA

162736

İmkan olan halda müdafiə və təhlükəsizlik məsələlərinə ayrılan vəsait artırılır.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

"Bilirsiniz ki, 2023-cü ildə dövlət büdcəsinə yenidən baxıldı və müdafiə və təhlükəsizlik məsələlərinə ayrılan vəsait artırıldı. Yəni imkan olduğu halda bu istiqamətdə xərclər artırılır”, - deyə o, əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində tərtib edilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO