“Azəri-Çıraq-Günəşli” yatağından 100 milyon barel neft çıxarıldı

“Azəri-Çıraq-Günəşli” yatağından 100 milyon barel neft çıxarıldı

Hazırda oxunan: “Azəri-Çıraq-Günəşli” yatağından 100 milyon barel neft çıxarıldı

162600

Cari ilin üçüncü rübü ərzində “Azəri-Çıraq-Günəşli”dən (AÇG) stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

Bizim.Media BP-nin cari ilin üçüncü rübünün yekun hesabatına istinadən xəbər verir ki, ilk üç rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (23 000), “Mərkəzi Azəri” (96 000), “Qərbi Azəri” (89 000), “Şərqi Azəri” (59 000), “Dərinsulu Günəşli” (67 000) və “Qərbi Çıraq” (34 000) platformalarından birlikdə – gündə orta hesabla 368 min barel və ya ümumilikdə təxminən 100 milyon barel, yəni 14 milyon ton olub.

Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 136 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. Həmçinin ilin üç rübü ərzində AÇG-də 6 neft hasilatı, 5 su injektoru və 1 qaz injektoru quyusu tamamlanıb.
Qeyd olunan dövrdə AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,5 milyon kubmetr, ümumilikdə isə 1,5 milyard kubmetr səmt qazı təhvil verilib. 

Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO