Gələn ilin dövlət büdcəsində Azərbaycanda təhsil xərcləri 4 milyard 549,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2% çoxdur.
Bizim.Media xəbər verir ki, bu barədə barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin icmal və dövlət büdcəsinin layihəsində bildirilib.
Təhsil xərclərinin ÜDM-də çəkisi isə 3,8%, ümumi büdcə xərclərində çəkisi isə 12,4% təşkil edəcək.
Bundan əlavə 2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü xərcləri 15 milyard 772,9 milyon manat təşkil edəcək.
Buraya əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər (20 il vədaha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyanın verilməsi) üçün nəzərdə tutulmuş xərclər daxil edilib.
2020-ci illə müqayisədə bu xərclərin büdcə xərclərinin tərkibində xüsusi çəkisi 6 faiz-bənd, mütləq ifadədə isə 1,6 dəfə artıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
21:04 / 01.11.2023
Azərbaycanda təhsil xərcləri 3,2 % artırılır, sosialyönümlü xərclər isə…
Hazırda oxunan: Azərbaycanda təhsil xərcləri 3,2 % artırılır, sosialyönümlü xərclər isə…
Hazırda oxunan: Azərbaycanda təhsil xərcləri 3,2 % artırılır, sosialyönümlü xərclər isə…
162491
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.