Azərbaycanda qaz kondensatı istehsalı ARTIB 

Azərbaycanda qaz kondensatı istehsalı ARTIB 

Hazırda oxunan: Azərbaycanda qaz kondensatı istehsalı ARTIB 

160753

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 3 743,45 min ton qaz kondensatı hasil edib ki, bu da illik müqayisədə 1,46% çoxdur. 

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövründə ölkədə 3 689,61 min ton qaz kondensatı istehsal edilib. 

Məlumata əsasən, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatının 3 721,18 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 1,52% çoxdur. 
Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 3 665,33 min ton səviyyəsində olub. 

Xatırladaq ki, ötən il Azərbaycan 5 019,33 min ton qaz kondensatı hasil edib ki, bu da illik müqayisədə 6,04% azdır. Hesabat dövründə ölkədə istehsal edilən qaz kondensatın 4 987,89 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 6,3% azdır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO