Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 32 milyard 382,7 milyon kubmetr təbii qaz hasil edilib.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 26 milyard 9 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə təbii qaz hasilatı 2,3 %, əmtəəlik qaz hasilatı isə 4,6 % artıb.
9 ay ərzində Azərbaycanda 22 milyon 603,5 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 22 milyon 513,8 min tonu əmtəəlik xam neftin payına düşüb.
1 il əvvələ nisbətən neft hasilatı 7,8 %, əmtəəlik neft hasilatı isə 7,7 % azalıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:53 / 11.10.2023
Ölkəmizdə bu il nə qədər neft-qaz hasil olunub?
Hazırda oxunan: Ölkəmizdə bu il nə qədər neft-qaz hasil olunub?
Hazırda oxunan: Ölkəmizdə bu il nə qədər neft-qaz hasil olunub?
159409
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.