Manat niyə AZALIR?

Hazırda oxunan: Manat niyə AZALIR?

158159

Mərkəzi Bankın bir neçə gün əvvəl bu ilin 7 ayının nəticələri ilə bağlı açıqladığı son hesabata əsasən, banklar tərəfindən əhalidən nağd yolla 139,5 milyon ABŞ dolları alınıb. Əhaliyə satılan xarici valyutanın məbləği isə 114,28 milyon dollar təşkil edib. 

Bu da onu göstərir ki, əhali əlindəki dolları manatla dəyişməyi üstün tutur. Belə ki, bankların əhalidən aldığı dolların həcmi əhaliyə satılandan kəskin fərqlənir.

Əhali niyə bu pulları əlindən çıxarmaq istəyir? Nəyə görə əlindəki dolları manatla dəyişmək istəyir?

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran maliyyə məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov, bunu əhalinin manat ehtiyatlarının az olması ilə əlaqələndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Yeni 5 qəpiklərin tədavülə buraxılması zərurəti nədən yaranıb? - VİDEO


Onun sözlərinə görə, əhali pul ehtiyatlarını həmişə dollarla saxlamağa üstünlük verir:

“Artıq gəlirləri azalıb və cari xərclərini saxlaya bilmirlər və buna görə də dollar ehtiyatlarını satırlar. Bununla da həm manat əldə etmək, həm xərclərini bağlamaq, həm də ailələrinin gündəlik və həftəlik xərclərini qarşılamaq istəyirlər”.  

Avqust ayında Azərbaycanda pul bazasının bir qədər azaldığını söyləyən ekspert, Mərkəzi Bankın əvvəlki statistikalarından örnək göstərib:

“İyunda bu vəsaitlər 18 milyard 400 milyon manat, iyulda 18 milyard 262 milyon manat təşkil edirdisə, bu, avqust ayında 18 milyard 116 milyon manata düşmüşdü. Bu da sübut edir ki, manat getdikcə azalır. Ona görə ki, AMB banklara verdiyi manatla kreditin məbləğini azaldıb, bununla belə, uçot dərəcəsini artırmaqla məşğuldur. Bunu da ona görə edir ki, banklar krediti az götürsünlər. Bir sözlə, AMB-dən az pul çıxır, dövriyyədə olan manatın həcmi azalır və və bu valyutaya olan azalır”. 

Müsahibimizin sözlərinə görə, Mərkəzi Bank bununla qiymət artımının və milli valyutanın məzənnəsinə ola biləcək təhlükənin qarşısını alır:

“Eyni zamanda, dövriyyədə olan manatın həcmini azaldır ki, bu da manata olan ehtiyacı daha da artırır”. 

Onun fikrincə, AMB pul siyasətini yumşaldarsa və kreditin məbləğini artırarsa, o zaman milli valyutanın da həcmi artacaq:

“Əhali də bu dəfə manatla ehtiyatlarını dollara dəyişəcək. Bunu gözləməyə dəyməz. Ona görə ki, hazırkı inflyasiya qarşısında Mərkəzi Bank “yumaq” pul siyasətinə keçməyəcək”. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO