Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası çərçivəsində Azərbaycan Respublikasının milli valyutasının tam tədavülə keçməsi təmin edilir.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.
Sakinlərin yaşadıqları ərazilərdə sahibkarlıq fəaliyyəti üçün dəstək tədbirləri həyata keçirilir.
Ölkədə sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının artırılması ilə bağlı tətbiq olunan güzəştli kreditlər, faizlərin subsidiyalaşdırılması, kreditlərə zəmanətin verilməsi və digər maliyyə alətləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur.
Fermerlərə subsidiyalar verilir və onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilir.
Mülkiyyət məsələləri Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:37 / 02.10.2023
Qarabağ erməniləri manatdan istifadə edəcək
Hazırda oxunan: Qarabağ erməniləri manatdan istifadə edəcək
Hazırda oxunan: Qarabağ erməniləri manatdan istifadə edəcək
158000
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.