Azərbaycanda 5 qəpiklik metal pul nişanları YENİLƏNDİ 

Azərbaycanda 5 qəpiklik metal pul nişanları YENİLƏNDİ 

Hazırda oxunan: Azərbaycanda 5 qəpiklik metal pul nişanları YENİLƏNDİ 

156821

 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yenilənmiş 5 qəpiklik metal pul nişanları bu gündən etibarən tədavülə buraxılır. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Mərkəzi Bankdan bildirilib. 

Məlumata görə, tədavülə buraxılan yenilənmiş 5 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Dövlət Gerbinin təsviri, eləcə də pul nişanının buraxılış ili əks olunmuşdur. 

Yenilənmiş 5 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılmışdır. 
Yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaqdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO