Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 milyard dollara ÇATDI 

Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 milyard dollara ÇATDI 

Hazırda oxunan: Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 milyard dollara ÇATDI 

155921

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Çinlə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 613 milyon ABŞ dolları və ya 45,5 faiz artaraq 1,96 milyard dollardan çox olub.  

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin avqust ayı üçün yaydığı hesabatda qeyd olunub. 

Hesablamalara görə, cari ilin ilk 8 ayında Azərbaycandan Çinə 67,1 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 30,97 milyon dollar və ya 85,7 faiz çoxdur. 

Çindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 44,4 faiz və ya 582 milyon dollar artaraq 1,89 milyard dollar təşkil edib. 

Cari ilin yanvar-avqust aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Çinlə ticarətin payı 5,52 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 1,69 faiz çoxdur. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO