Maaş və pensiyalar ARTIRILACAQ? – Komitə sədrindən AÇIQLAMA

Maaş və pensiyalar ARTIRILACAQ? – Komitə sədrindən AÇIQLAMA

Hazırda oxunan: Maaş və pensiyalar ARTIRILACAQ? – Komitə sədrindən AÇIQLAMA

154630

Son aylardada dünya neft bazarlarında – “Brend” və “Azəri-Light” kimi markaların qiymətində 22 faizə qədər kəskin artımlar müşahidə olunur. Belə ki, hazırda Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,71% və ya 0,68 dollar artaraq 96,43 ABŞ dolları təşkil edib. 

“Brend” markasının isə son iki həftə ərzində təxminən 10 % artdığı müşahidə olundu və qiymət 92 dollara yaxın oldu.

Amma bazar ertəsi səhər saatlarından etibarən noyabr fyuçersləri 0,19 % ucuzlaşaraq 1 bareli 90,48 ABŞ dollarına satılıb. Bu rəqəm onu götərir ki, qiymət nə qədər aşağı düşsə də, yenə 90 dollardan yuxarıdır.

Neft qiymətlərinin yüksək olması Azərbaycanda əmək haqları, pensiya və digər sosial ödənişlərin artırılmasına səbəb ola bilərmi? 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Bizim.Media açıqlamasında, neft satışından əldə edilən gəlirlərin Dövlət Neft Fondunun gəlirlərin aid olduğunu bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Faizlərin aşağı salınması kreditlərə əlçatanlığı təmin edəcək - Ekspert


“Qiymətlərin artması və ya azalması bu fondun gəlirlərinə təsir edir. Dövlət büdcəsinin öhdəliklərinin neftin qiymətindən asılılığını azaltmaq və ya tam neytrallaşdırmaq üçün büdcədən ARDNF-ə edilən transferlər sabit olaraq göstərilir. Bir sözlə, neft qiymətlərinin artması Azərbaycanın ümumi gəlirlərinə nə qədər müsbət təsir etsə də, dövlət büdcəsinin gəlirlərinə bir o qədər də təsiri yoxdur. Bu artım daha çox ARDNF-in gəlirlərinə aid olur”. 

Onun sözlərinə görə, dövlət büdcəsində 2023-2024-cü illər üçün xeyli miqdarda artımların olması planlaşdırılır: 

“Hər il planlaşdırılma aparıldığı zaman dövlət büdcəsinin gəlirləri və imkanları daxilində növbəti il üçün əmək haqlarının, pensiyaların və digər sosial ödənişlərin artımları baş verir. Ümumiyyətlə, büdcəsin icrası zamanı bütün gəlirlər tam planlaşdırıldığl üçün neft qiymətlərinin artıb-azalması büdcəyə heç biri təsiri yoxdur”. 

Bəs cari ilin sonu və ya gələn ilin əvvəli üçün əmək haqları və ödənişlərin artırılması nəzərdə tutulurmu?

Komitə sədri, hazırda büdcə icrası prosesinin hazırda davam etdiyini bildirdi:

“Növbəti il üçün dövlət büdcəsi layihəsi bu ilin noyabr ayının sonlarında Milli Məclisə daxil olacaq. Amma hazırda bizdə belə bir məlumat yoxdur”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO