“Kriptovalyuta sektorunda son həftələrdə yüksək volatillik yaşamağa davam edir. Bitkoin (BTC) hazırda 25.748 dollardan, Ethernium (ETH) 1634 dollardan, BNB isə 215 dollardan bir qədər yuxarı ticarət edilir. Digər kriptolarda da qalxmalar və enmələr müşahidə olunmaqdadır. Belə dəyişkənlik, şübhəsiz ki, likvidliyə təsir göstərir”.
Bu sözləri Bizim.Media-ya açıqlayan kriptovalyuta bazarı üzrə mütəxəssis Afiq Ağaquliyev bildirib ki, son il yarım ərzində kriptovalyutalar üçün spot-ticarət həcmi kəskin şəkildə azalıb:
MÖVZU İLƏ BAĞLI
“Bitcoin” ucuzlaşmağa doğru gedir – Bu ilin sonunda kəskin bahalaşma olacaq?
“Səbəbi də odur ki, bazar hazırkı yüksək faiz dərəcəsi mühitində öz yerini tapmaqda çətinlik çəkir. Bundan əlavə, Silvergate Bank və Signature Bankın (OTC: SBNY) dağılmasından sonra treyderlər əvvəlki kimi səmərəli fəaliyyət göstərə bilməyəcəklər”.
Onun sözlərinə görə, hazırda kriptovalyuta bazarında vəziyyət 2022-ci ilin sonundakından daha pisdir:
“Çünki “Silvergate” və “Signature” bankları artıq birjada deyillər. Bu səbəbdən də treyderlər valyuta hesablarına dərhal dollar, avro yatıra və çıxara bilər. Ancaq son aylarda hər iki bankın alternativləri ortaya çıxsa da, hələ də bu banklar qədər populyar deyil. Bu da o deməkdir ki, cari likvidlik əlavə “yoluxma” və dəyişkənlik təhlükəsi altındadır”.
Rövşən Ziya, Bizim.Media