Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın xarici ölkələrlə həyata keçirdiyi ticarət dövriyyəsində Türkiyə Respublikasının rolu getdikcə artmaqdadır.
Bizim.Media Dövlət Gömrük Komitəsinin rüblük hesabatına istinadən xəbər verir ki, cari dövrdə Türkiyə Azərbaycanın ticarət dövriyyəsində ikinci yerdə qərarlaşıb və ümumi dövriyyəyə nisbəti 15,65 faiz təşkil edib.
Belə ki, bu il ərzində Azərbaycan qardaş ölkə ilə ümumilikdə 4 milyard 746 milyon 119.48 min dollarlıq ticarət tərəfdaşlığı həyata keçirib.
Hesablamalara görə, bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 408 milyon 577,74 min dollar və ya 29,68 faiz çoxdur. Ötən il bu rəqəm 3 milyard 377 milyon 541.74 min dollar dəyərində olub.
Cari ildə baş tutan ticarətin 3 milyard 423 milyon 059.33 min dolları ixracın, 1 milyard 323 milyon 060.15 min dolları isə idxalın hesabına əldə edilib.
Ötən ilin eyni dövründə isə ixracdan 2 milyard 160 milyon 692.41 min dollar əldə edilmiş, idxala isə 1 milyard 216 milyon 849.34 min dollar yönəldilib.
Bu da onu göstərir ki, bir il ərzində ixracdan əldə edilən gəlirlər 1 milyard 262 milyon 366,92 min dollar və ya 36,88 faiz həcmində olub. İdxala yönələn vəsaitlərdə isə cəmi 106 milyon 210,81 min dollar və ya 8,02 faizlik müsbət nəticə əldə olunub.
Qeyd edək ki, cari il ərzində Azərbaycandan qardaş ölkəyə əsasən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub ki, bunun da ümumi dəyəri 1 milyard 044 milyon 386.97 min dollar təşkil edib. Statistik dəyəri isə 592 milyon 582.64 min dollar təşkil edib. 2022-ci ildə isə Türkiyəyə cəmi 303 milyon 996.71 min dollarlıq xam neft və xam neft məhsulları göndərilib. Statistik dəyəri isə 170 milyon 855.36 min dollar səviyyəsində olub.
Burdan da aydın olur ki, bir il ərzində xam neftin ixracında birdən-birə 740 milyon 39026 min dollarlıq və ya 70,89 faizlik, statistik dəyərində isə 421 milyon 727,28 min dollarlıq artım baş verib.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:42 / 28.08.2023
Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 30 faiz ARTDI – HESABAT
Hazırda oxunan: Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 30 faiz ARTDI – HESABAT
Hazırda oxunan: Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 30 faiz ARTDI – HESABAT
152700
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.