Azərbaycanda günəş elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi ilə bağlı müqavilələrin mətnləri Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə artıq razılaşdırılıb.
Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, tikiləcək elektrik stansiyanın gücü 230 MVt təşkil edəcək.
Məlumatda qeyd edilir ki, Prezident İlham Əliyevin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 05 dekabr 2019-cu il tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın altıncı iclası video-konfrans formatında keçirilib.
İclas zamanı günəş enerjisi sahəsində özəl investisiya hesabına ilk pilot layihənin həyata keçirilməsinin ölkəmizdə bərpa olunan enerjidən istifadənin inkişafı ilə bağlı irəli sürülmüş vəzifələrin icrasına nail olmağa əhəmiyyətli töhfələr verəcəyi vurğulanıb.
Daha sonra layihənin icrası ilə bağlı sənədlər müzakirə edilib və verilən təkliflər nəzərə alınmaqla təsdiq olunub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:08 / 19.03.2021
Azərbaycanda günəş elektrik stansiyası tikiləcək - BƏƏ şirkəti ilə razılıq əldə edildi
Hazırda oxunan: Azərbaycanda günəş elektrik stansiyası tikiləcək - BƏƏ şirkəti ilə razılıq əldə edildi
Hazırda oxunan: Azərbaycanda günəş elektrik stansiyası tikiləcək - BƏƏ şirkəti ilə razılıq əldə edildi
15231
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.