Sənaye zonalarında yatırılacaq əlavə investisiyanın məbləği AÇIQLANDI

Sənaye zonalarında yatırılacaq əlavə investisiyanın məbləği AÇIQLANDI

Hazırda oxunan: Sənaye zonalarında yatırılacaq əlavə investisiyanın məbləği AÇIQLANDI

151905

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 455 milyon manata yaxın vəsaitə qənaət ediblər.

Bu barədə Bizim.Media-ya İZİA-dan məlumat verilib.  

Növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə olaraq 690 milyon manata yaxın investisiyanın yatırılması, 5200-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

İndiyədək sənaye zonalarında 134 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 68-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,56 milyard manatdan çox investisiya yatırılıb və 10600-dən çox daimi iş yeri yaradılıb. 
Qeyd edək ki, rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO