"Qardaş və dost Azərbaycanın Qarabağda qələbəsi bizə on illərdir barəsində danışılan Zəngəzur dəhlizini açmaq imkanı verdi”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı deyib.
“İnşallah bu dəhliz açılanda türk dünyasına açılan qapı olaraq ticarətimiz və mədəni əlaqələr daha da qovuşacaq. Ölkəmizdə bu dəhlizin başlanğıc nöqtəsi olmasının ilk faydalarını İğdır görəcək. Təbii ki, insan axınında artım olacaq”, - deyə nazir qeyd edib.
“Ona görə də qidaya olan tələbatı da artıracaq. İğdırı buna hazırlamalıyıq. İğdır kənd təsərrüfatında və meşədə əsas şəhər olmalıdır. Biz buna ürəkdən inanırıq”, - deyə İbrahim Yumaklı vurğulayıb.
O bildirib ki, son 21 ildə bu istiqamətdə bəzi çalışmalar olub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:20 / 20.08.2023
Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
151588
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.