Azərbaycanla Türkiyə arasında Bəyannamə imzalandı

Azərbaycanla Türkiyə arasında Bəyannamə imzalandı

Hazırda oxunan: Azərbaycanla Türkiyə arasında Bəyannamə imzalandı

15068

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında kənd təsərrüfatında müasir texnologiyaların ötürülməsi və aqrar təlim sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi imzalanıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, sənədi Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov və Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli imzalayıb.

 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə ilə meşə təsərrüfatı sahəsində sənəd imzalandı


Niyyət Bəyannaməsində Türkiyədə aqrar sahədə tətbiq olunan müasir texnologiyaların Azərbaycanda tətbiqi imkanlarının araşdırılması və təcrübə mübadiləsinin aparılması, Türkiyədə mövcud olan müasir təlim metodologiyaları əsasında yerli mütəxəssis və fermerlərə təlimin keçirilməsi sahəsində əməkdaşlıqla bağlı maddələr yer alıb.

Bu məqsədlə birgə İşçi Qrupunun yaradılması və Fəaliyyət Planının işlənib hazırlanması nəzərdə tutulur.

Görüşün sonunda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 10-cu iclasının protokolu imzalanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO