Azərbaycan İran vasitəsilə Türkmənistan qazının svop tədarükünün günlük həcmini 4,5 milyon kubmetrdən 7,-7,5 milyon kubmetrə qədər artırıb.
Bizim.Media xəbər verir ki, bunu İranın Türkmənistandakı səfiri Qulam Abbas Ərbab Hales “TASS”a deyib.
“Türkmənistan qazının İran ərazisindən nəqlinə gəlincə, biz müqavilələrimizə baxmalıyıq. Amma razılaşmalara görə, biz gündəlik 4,5-5 milyon kubmetr Azərbaycana svop çatdırılması həyata keçiririk.
Türkmənistanla Azərbaycan arasında mövcud olan müqavilələrə əsasən indi svop tədarükü 7-7,5 milyon kubmetrə qədər artıb. Serah xəttində svop tədarük potensialı gündəlik 20 milyon kubmetrə qədərdir”-deyə, o bildirib.
Qeyd edək ki, Azərbaycan, Türkmənistan və İran svop qaz tədarükünün həcmini iki dəfə artırmaq barədə razılığa gəliblər. Ölkələr arasında müddətsiz üçtərəfli saziş 2021-ci ilin noyabrında Aşqabadda imzalanıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:21 / 13.08.2023
Azərbaycan Türkmənistandan svop qazı tədarükünü 2 dəfə artırdı
Hazırda oxunan: Azərbaycan Türkmənistandan svop qazı tədarükünü 2 dəfə artırdı
Hazırda oxunan: Azərbaycan Türkmənistandan svop qazı tədarükünü 2 dəfə artırdı
150635
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.