Daxili sərfiyyat AZALSA... - \

Daxili sərfiyyat AZALSA... - \"Xaricə daha çox qaz ixrac edə bilərik”

Hazırda oxunan: Daxili sərfiyyat AZALSA... - \"Xaricə daha çox qaz ixrac edə bilərik”

149937

“Bu ilin ilk yarısında Azərbaycanda 18 milyard 177 milyon kub metr mavi qaz hasil edilib. Təbii qazın 29,9 faizi ölkə daxilində istehlak edilib, 56,5 faizi ixrac olunub, 1,5 faizi itkiyə gedib, 12,1 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi saxlanılıb. Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,6 faizi istehsal ehtiyaclarına sərf edilib, 40,4 faizi isə əhaliyə satılıb”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan bu il Avropaya nə qədər təbii qaz ixrac edib?


Deputat qeyd edib ki, mavi qazın istifadəsində diqqəti çəkən əsas məqam daxili istehlakın payının müqayisəli şəkildə çox olmasıdır: 

“Rəsmi statistikaya əsasən, bu ilin ilk yarısında ölkə daxilində 5 milyard 434 milyon kub metr mavi qaz istehlak olunub. Azərbaycanın yalnız yarım ildə istehlak etdiyi qazın həcmi Serbiyanın illik qaz istehlakından 2 dəfə, Bolqarıstanın illkin istehlakından 64.0 faiz, İsveçrənin illik istehlakından 62.0 faiz, Norveçin illik istehlakından 17.0 faiz çoxdur. 

Göründüyü kimi, Azərbaycanda sadəcə yarım illik qaz istehlakı iqtisadiyyatı bizimlə müqayisədə daha böyük olan bir sıra ölkələrin illik istehlakı ilə müqayisədə daha çoxdur.

Bu isə o deməkdir ki, daxili istehlakın bu qədər çox olması səbəblərinin ayrıca təhlil edilməsinə ehtiyac var. Təbii ki, burada yaşayış binalarında mərkəzləşdirilmiş istilik sisteminin olmaması kimi obyektiv faktorlar olsa da belə başqa səbəblərin də təhlili çox vacibdir.
Digər tərəfdən, daxili istehlakının azaldılması Azərbaycanın ixrac potensialının artırılmasına səbəb ola bilər. Yəni, daxili istehlak nə qədər minimumlaşarsa, o qədər çox ixrac etmək və ölkəyə daxil olan valyutanın həcmini artımaq imkanımız olacaq. Deməli, real təhlillərə və eləcə də bu sahədə islahatların genişləndirilməsinə ehtiyac var”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO