Bu ilin yanvar-iyul aylarında (01.01.2023-01.08.2023 tarixinə) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 4 158 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 26,8% azdır.
ARDNF-dən Bizim.Media-ya verilən məlumata görə, 2022-ci ilin eyni dövründə sözügedən göstərici 5 683 mln. ABŞ dolları. səviyyəsində olub.
Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi).
Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar.
AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.
Bizim.Media
![Neft Fondunun Neft Fondunun](https://bizim.media/file/articles/2023/08/07/1691395565_msg586791117-57956.jpg)
- A-
- A
- A+
İqtisadiyyat
12:06 / 07.08.2023
Neft Fondunun "Azəri-Çıraq-Günəşli" üzrə gəlirləri 27%-dək azalıb
Hazırda oxunan: Neft Fondunun "Azəri-Çıraq-Günəşli" üzrə gəlirləri 27%-dək azalıb
Hazırda oxunan: Neft Fondunun "Azəri-Çıraq-Günəşli" üzrə gəlirləri 27%-dək azalıb
149806
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.