Naxçıvanda vergi daxilolmaları 38% artıb

Naxçıvanda vergi daxilolmaları 38% artıb

Hazırda oxunan: Naxçıvanda vergi daxilolmaları 38% artıb

149518

2023-cü ilin 7 ayında Naxçıvan Muxtar Respublikasında (MR) Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 90,7 milyon manatdan artıq vergi daxil olub. 

Bizim.Media Nuhcixan.az-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz və ya 25 milyon manat çoxdur. 

Qeyd edək ki, artımın səbəbi bu sahədə şəffaflığın təmin edilməsi ilə yanaşı, Naxçıvanda qeydiyyatda olan vergi ödəyicilərinin də sayının çoxalmasıdır.

Belə ki, aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 22,4% artıb. Hazırda aktiv vergi ödəyicilərinin sayı 15358-dir 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO