Dövlət büdcəsinin gəlirləri 33,8 milyard manat OLACAQ – RƏSMİ  

Dövlət büdcəsinin gəlirləri 33,8 milyard manat OLACAQ – RƏSMİ  

Hazırda oxunan: Dövlət büdcəsinin gəlirləri 33,8 milyard manat OLACAQ – RƏSMİ  

149012

2023-cü ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 33 milyard 890,5 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da ilkin təsdiq edilmiş proqnoz göstəricisinə nəzərən 10,1 faiz çoxdur.  

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” adlı hesabatında əks olunub. 

Dövlət büdcəsinin gəlirlərinin 52,3 faizi və ya 17739,7 milyon manatı neft-qaz sektorunun, 47,7 faizi və ya 16150,8 milyon manatı qeyri-neft/qaz sektorunun payına düşür. 

2023-cü ilin ilkin proqnoz göstəriciləri ilə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərin 1442,7 milyon manat və ya 8,9 faiz, qeyri-neft/qaz sektoru üzrə isə 1673,8 milyon manat və ya 11,6 faiz artması gözlənilir. 

Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft/qaz üzrə gəlirlərinin xüsusi çəkisi ilkin proqnoz göstəricisinə nisbətən 0,7 faiz-bənd artaraq 47,7 faiz təşkil edəcək. 

Dövlət büdcəsi gəlirlərinin 14987,0 milyon manatı və ya 44,2 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 5728,0 milyon manatı və ya 17,0 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 11737,7 milyon manatı və ya 34,6 faizi Azərbaycan Dövlət Neft Fondundan transfertin, 857,0 milyon manatı və ya 2,5 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 580,8 milyon manatı və ya 1,7 faizi sair gəlirlərin payına düşür. 
Vergi orqanlarının xətti ilə daxilolmaların məbləği 14987,0 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 1585,0 milyon manat və ya 11,8 faiz çoxdur. 

Qeyd olunan vəsaitin 6002,0 milyon manatı və ya 40,0 faizi neft-qaz sektorunun, 8985,0 milyon manatı və ya 60,0 faizi isə qeyri-neft/qaz sektorunun payına düşəcək. 

Neft-qaz sektoru üzrə daxilolmaların 33,3 faizini və ya 2000,0 milyon manatını Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, 12,8 faizini və ya 767,0 milyon manatını neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 53,9 faizini və ya 3235,0 milyon manatını isə Şahdəniz layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edir. 

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO