Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı iyun ayının sonunda ötən aya nəzərən 299 min ədəd artaraq 15 milyon 40 min ədəd təşkil edib.
Bizim.Media Mərkəzi Bankın aylıq hesabatına istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.8% artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 17.7%, kredit kartları üzrə 26.3% təşkil edir.
Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 107 min, kredit kartları 421 min, digər kartlar isə 1.7 mln. ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 dəfə artıb.
2023-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3625 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 2867 mln. manatı elektron ticarətin payına düşür.
Qalan məbləğin 751 mln. manatı POS-terminallar, 6 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 52.3%-ni təşkil edib.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:03 / 25.07.2023
Azərbaycanda bank kartlarının sayı 19 faiz artıb – HESABAT
Hazırda oxunan: Azərbaycanda bank kartlarının sayı 19 faiz artıb – HESABAT
Hazırda oxunan: Azərbaycanda bank kartlarının sayı 19 faiz artıb – HESABAT
147883
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.